TƏCİLİ YARDİM VƏ EVDƏ TİBBİ XİDMƏT

$slug

Təcili tibbi yardım nədir?

Günümüzdə xəstəxanadan kənar qəfləti ölümlərin əsasında ilkin tibbi müdaxilənin olmaması və ya gecikməsi əksəriyyət təşkil edir. Bununla yanaşı istər xəstəxanaya qədər olan zamanın uzanması, istərsə də bu zaman heç bir müdaxilənin olmaması ağırlaşmalar, həyati təhlükələrə və sağalma baxımından gecikmələrə, bəzən isə xəstənin həyatının  itirilməsinə gətirib çıxarır.

İlkin tibbi yardım 2015-ci ildə Avropa Resustasiya Cəmiyyəti tərəfindən kəskin bir xəstəlik və ya yaralanmalar zamanı yardımçı davranış və ilk tibbi müdaxilənin təşkili olaraq təsdiqlənib. Bəzən ilkin müdaxilə ilə ilkin tibbi yardım anlayışı eyniləşdirilir. Bu, heç də belə deyildir. İlkin müdaxilə bayılma, qanaxma, yanıqlar, travma, ürək dayanması kimi bir sıra hallarda həkimə qədər olan yardımdır. Bu yardım təlim almış, məlumatlı və həkimə qədər müdaxiləni bacaran istənilən şəxs tərəfindən göstərilə bilər. İlkin tibbi yardım isə peşəkar tibbi personal tərəfindən olunan yardımdır. Bura xəstənin dəyərləndirilməsi, ilkin diaqnozun qoyulması, ilkin tibbi yardım göstərilməsi və ehtiyac olduğu təqdirdə xəstənin ixtisaslaşmış müəssisəyə və ya şöbəyə yerləşdirilməsi daxildir. Xəstənin növbəti mərhələdə yerləşdirilməsi çox vacib məsələdir. Belə ki, ixtisaslaşmış tibbi personalla təmin olunmuş müəssisəni müəyyənləşdirmək, razılıq almaq və qərar vermək üçün bəzən çox qısa, dəqiqələrlə ölçülən zamanımız olur.

Bakı Sağlamlıq Mərkəzinin Təcili Tibbi Yardım Və Evdə Tibbi Xidmət şöbəsi 6 pediatrik, 1 ginekoloji, 2 CPR, 2 triaj, 3 müşahidə, 1 müayinə, 1 şok əleyhinə otaq, 1 izolyasiya otağı   1 VİP xidmət bölümündən ibarətdir. Şok əlehinə otaqda Rentgen cihazı quraşdırılmış, travma və  kiçik əməliyyatlar üçün bütün zəruri avadanlıqlarla təchiz edilmişdir. Xəstəxanadaxili tibbi xidmətlə  yanaşı müasir avadanlıqlarla təchiz olunmuş Reanmobillərlə peşəkar ambulans xidməti də şöbənin fəaliyyət dairəsinə daxildir.

Şöbənin əsas fəaliyyəti müraciət edən vətəndaşların (konstitusiya ilə müəyyən olunan xüsusi hallar istisna olmaqla digər ölkə vətəndaşlarının) qəbulu, müayinəsi ( ehtiyac olarsa  laborator və instrumental ), müalicə, triaj, müşahidə, konsultasiya, stasionar yatış, ambulator müalicə və ya köçürülmə qərarlarının dəyərləndirilməsi, həyati təhlükələrin aradan qaldırılması,doğru zamanda doğru işləmin təmin olunmasıdır.

Beləki, vətəndaşlar qəfil yaranan hər hansı bir ağrı, yüksək qan təzyiqi, ürəkdöyünmə, yüksək hərarət, mədə-bağırsaq funksional pozulmaları, zəhərlənmələr, allergik hallar, bayılma, yaralanmalar, travma, yanıq və bu kimi digər durumlarda, habelə xroniki ürək-damar sistemi, diabet, böyrək, mədə-bağırsaq sistemi xəstəliklərinin kəskinləşməsi zamanı istər ambulans xidməti, istərsə də klinikanın təcili yardım şöbəsinə müraciət edərək həm ilkin yardım ala bilər, həm də ehtiyac duyulan müayinə- EKQ, Exo-KQ, USM, Rentgen, KT, MRT  laboratoriya xidmətlərindən yararlana bilərlər.

Şöbədə 24/7 fasiləsiz xidməti təmin etmək məqsədilə tibbi heyyət  növbəli rejimdə fəaliyyət göstərir  və mümkün xoşagəlməz hallara qarşı təhlükəsizlik personalı təhkim olunmuşdur.

Şöbəyə müraciət edən vətəndaşlarin konstitusion hüquqları və təhlükəsizliyi tam təmin olunur, kimlik təsdiqi ikili kontrol edilir, tibbi xidmət istəyi ilə bağlı Razılıq Müqaviləsi  imzalanır, imtina olunan təqdirdə Xəstə İmtina Vərəqi imzalatdırılır. Xüsusi hallarda ( cinayət tərkibli və ya buna şübhəli olan hallar, məhkəmə/məhkəmə tibbi ekspertiza yönümlü və buna bənzər digər durumlarda ) hüquq mühafizə orqanlarına ( klinikanın daxili nizamnaməsinə uyğun olaraq) məlumat verilir.

Evdə Tibbi Xidmət

Bakı Sağqlamlıq Mərkəzinin Evdə Tibbi Xidmət bölümü xəstəxanaya gələ bilməyən və olduğu məkandan ayrılmadan tibbi xidmət almaq istəyən vətəndaşlara həkim baxışı, diaqnostik müayinələrlə yanaşı tibb bacılığı, xəstə qulluğu  xidməti də göstərməkdədir.

Evdə Tibb Xidmətinin keyfiyyətli təşkili məqsədilə tibbi heyyət bu sahədə ixtisaslaşdırılmış, xəstəxanadan kənar tibbi xidmət üçün zəruri olan cihaz və avadanlıqlar, tibbi malzəmələrlə tam təchiz  edilmiş, vaxt itkisinin minimuma endirilməsi məqsədilə xüsusi nəqliyyat vasitələri ilə təmin olunmuşdur.

Xidmət üçün zəruri olan cihaz və avadanlıqlar, tibbi malzəmələrlə tam təchiz  edilmiş, vaxt itkisinin minimuma endirilməsi məqsədilə xüsusi nəqliyyat vasitələri ilə təmin olunmuşdur. Vətəndaşlar Evdə Tibbi Xidmət bölümünə müraciət edərək həkim müayinəsi, EKQ, Exo-KQ, USM müayinəsi, laborator analizlərin götürülməsi, əzlədaxili və venadaxili inyeksiyaların vurulması, damaryolu və kateter qoyulması/dəyişdirilməsi/çıxarılması, imalə, oksigen dəstəyinin verilməsi, monitor müşahidə, xəstələrin müayinə və müalicəyə psixoloji hazırlama dəstəyi, xəstəyə qulluq xidmətindən  faydalana bilərlər.